Polşanın “LPP” qrupuna məxsus “Reserved” və “Cropp” mağazaları Rusiyada fəaliyyəti bərpa edirlər, lakin fərqli adlarla. Banker.az “TASS”a istinadən xəbər verir ki, ticarət markaları “RE” və “CR” adlarla fəaliyyət göstərəcəklər.
Mağazalar artıq Perm, Tümen və Yekaterinburq şəhərlərində fəaliyyətə başlayıblar. İlk növbədə brendlərin ticarət mərkəzlərində fəaliyyəti bərpa ediləcək.
Qeyd edək ki, təkcə Peterburqda markanın 59 mağazası işləyib (“Sinsay” – 20, “Cropp”- 13, “Reserved” – 10, “House” və “Mohito” – 8).