“Ressan” Mənzil-Tikinti Kooperativi vergi borcu ilə bağlı Bakı İnzibati Məhkəməyə (BİM) müraciət edibmiş.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.
Məlumata görə, “Ressan” MTK İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə bağlı inzibati məhkəməyə müraciət edərək, ona qarşı qərarın ləğv edilərək əlavə hesablanmış vergilərin azaldılması vəzifəsinin qoyulması iddiası ilə çıxış edib. Yəni, borcun azaldılmasını tələb edib.
İnzibati məhkəmə isə şirkətin bu iddiasını 18 fevralda təmin edibmiş.
Dəqiq olaraq hansı borcun azaldılması barədə məlumat verilmir. Lakin, məlum olan odur ki, 21 iyun tarixində DVX-dən tikinti şirkətinin 339 min manat borcun olduğu göstərilib.
Lokal Gəlirlər Baş İdarəsi kommersiya məhkəməsinin bu qərarından narazı qalmaqla apelyasiyaya müraciət edib. Lakin, apelyasiya da DVX idarəsinin bu iddiasını təmin etməyib.
“Ressan” kooporativi – 2007-ci ildə yaradılıb. Kooperativ dənizdən təxminən üç kilometr məsafədə yerləşən, Xətai rayonunda Məhəmməd Hadi küçəsi 41 ünvanında olan “Ressan” yaşayış kompleksinin inşasını həyata keçirir. Kompleks 0.15 ha ərazidə inşaa edilib, 4 korpus və 16 mərtəbədə ümumilikdə 105 mənzildən ibarətdir. Bazar üzrə araşdırmçı qrup bu binada mənzillərin orta ölçüdə 1 100 manat/m2 dəyərində olduğunu bildirib.