7 C
Baku
Thursday, December 12, 2024

Restoran rəhbərləri inzibati məsuliyyətə cəlb olundu – Adları

10 – 11 iyul 2021-ci il tarixində Quba rayonu, Vaqif küçəsi 151 ünvanında fəaliyyət göstərən “Qızıl Tac” şadlıq sarayında, Gəncə şəhəri, Vəli Xuluflu 131 ünvanında fəaliyyət göstərən “Şah Saray” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu faktları aşkar olunub.

Banker.az xəbər verir ki, həmin şadlıq saraylarında 150 nəfərlik şənlik mərasiminin keçirilməsi üçün müvafiq portala rəsmi müraciət olunmuş və keçirilən baxış zamanı şənlik mərasiminin 150 nəfərdən artıq şəxsin iştirakı üçün nəzərdə tutulduğu müəyyən olunub. Bundan əlavə, nəzarət tədbirləri çərçivəsində  11 şadlıq sarayında şənlik mərasimində xidmət göstərən işçi heyətin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi aşkar edilib. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Pozuntular aşkar edilmiş şadlıq sarayları aşağıdakılardır:

1. Bakı şəhəri, Nizami rayonu, T.Abbasov 20 ünvanında fəaliyyət göstərən “Sevinc” şadlıq sarayı;

2. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində fəaliyyət göstərən “Ağ Çiçəyim” şadlıq sarayı;

3. Bakı şəhəri, Nizami rayonu, A.Manafov küç., məhəllə 2347 ünvanında fəaliyyət göstərən “İmperator” şadlıq sarayı;

4. Sumqayıt şəhəri, 9-cu mkr, Ü.Hacibəyov küçəsində fəaliyyət göstərən “Səma” şadlıq sarayı;

5. Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində fəaliyyət göstərən “Briliant” şadlıq evi;

6. Qəbələ rayonu, Həmzəli kəndində fəaliyyət göstərən “Qəbələ Palace” şadlıq sarayı;

7. Quba rayonu, Əzizbəyov küçəsində fəaliyyət göstərən “Quba” şadlıq evi;

8. Göyçay rayonu, Qarabaqqal kəndində fəaliyyət göstərən “Kənan” şadlıq sarayı;

9. Kürdəmir rayonu, Karrar qəsəbəsində fəaliyyət göstərən “Miraj Palace” şadlıq sarayı;

10. Şəmkir rayonu, Bakı-Qazax yolunun 391 km-liyində fəaliyyət göstərən “Ceyhun” şadlıq sarayı;

11. Tovuz rayonu, Abulbəyli kəndi, “Uğurlu” şadlıq sarayı.

 

 

 

Son xəbərlər
Digər xəbərlər