22 C
Baku
Tuesday, April 23, 2024

Restoran və kafelər cərimələndi – Siyahı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2021-ci il dekabrın 20-də ölkə üzrə 398 ictimai iaşə obyektində 694 monitorinq keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail ‎rayonu, Xəqani küç., ev 39 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Rauf Məhəmməd oğluna məxsus kafe;

2. Bakı şəhəri, Səbail ‎rayonu, Tərlan Əliyarbəyov küç., ev 14 ünvanında yerləşən, hüquqi şəxs “Özsüt Azerbaijan” MMC-yə məxsus “Özsüt” restoranı;

3. Bakı şəhəri, Nərimanov ‎rayonu, Ağa Nemətulla küç., “Metropark” ticarət mərkəzində yerləşən, fiziki şəxs Hacı Turkmen Yusuf oğluna məxsus kafe;

4. Bakı şəhəri, Nəsimi ‎rayonu, Vidadi küç., ev 160 ünvanında yerləşən, hüquqi şəxs “Public Catering Services” MMC-yə məxsus “Double Bean” restoranı.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər