6 C
Baku
Monday, December 16, 2024

Restoranda mənşəyi məlum olmayan məhsullar aşkarlandı – Fotolar

Agentlik əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 17-ci mkr, Niyazi küçəsində fəaliyyət göstərən, fiziki şəxs Ağazadə Cahid Nadir oğluna məxsus “Zəngəzur” restoranında planlı yoxlama keçirilib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, gigiyena tələblərinə əməl edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin ayrıca saxlanması üçün xüsusi yerlərin və ya dolabların təşkil edilmədiyi, həmçinin son istifadə müddəti bitmiş, üzərində markalanması aparılmayan və mənşəyi məlum olmayan müxtəlif növ qida məhsulları aşkarlanıb.

Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

16772204411 jpeg 16772204422 jpeg 16772204423 jpeg

Son xəbərlər
Digər xəbərlər