9 C
Baku
Thursday, December 12, 2024

Restoranlarda rezerv stollar nə üçündür?

Restoranlarda biznes qaydalarından biri 3-4 rezerv yazısı qoymaqdır. Bu nə üçün edilir?

Bu məsələ, bu dünya praktikasında da var. Yəni daimi müştəriləri ayaqda saxlamamaq üçün 3-4 stol boş saxlanılır. Ola bilər həmin müştərilərdən biri təsadüfən gələr, bu halda onu həmin masanın birinə əyləşdirirlər.

Qırağdan baxanda təsadüfən restorana gələn müştəri bunu anlamır. Yəni boş stollar var, niyə mən ayaq üstə qaļmalıyam?  Bəzən narazı şəkildə restoranı tərk edir. Restoran sahibinə bu mənzərə reklam baxımdan sərf etməsə də, biznes baxımdan daimi müştərinin məmnunluğu daha sərfəlidir.

Rezerv saxlamağın digər məqsədi var. Reklam. Yəni müştəri restorana daxil olanda, artıq bütün yerlərin qabaqcadan sifariş olunduğunu görüb, ilk baxışdan onda səviyyəli restoran aurasını yaratmaqdır.

Əslində isə stollar rezerv olunmur. Bu an ona, buyurun sizə güzəşt edib rezerv olunuş yerdə əyləşdirərik sözü, artıq yeni müştərinin ora daimi müştəri olmağı üçün ilkin addım sayıla bilinər. Müştəri görür ki, ona ilk addımdan özəl münasibət bəsləyirlər. Bu artıq restoran biznesinin digər hissələrindən biri sayıla bilər. 

 

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər