25 C
Baku
Sunday, August 10, 2025

“Reuters”: Avropa Komissiyası Rusiya neftinə “üzən qiymət tavanı” tətbiq edəcək

Avropa Komissiyasının bu həftə yeni sanksiyalar paketi layihəsinin bir hissəsi olaraq Rusiya neftinə “üzən qiymət tavanı” tətbiq etməyi təklif edəcəyi gözlənilir. Bu, bəzi Aİ dövlətlərinin müqavimətini dəf etmək cəhdidir, bu barədə “Reuters” yazıb.

Komissiya qlobal neft qiymətlərindəki dəyişiklikləri nəzərə almaq üçün Rusiya xam neftinin ixrac limitinə düzəlişlər etməyə imkan verəcək mexanizm hazırlayır. Mənbələrdən birinə görə, sənədə hələ yenidən baxılacaq. Maksimum qiymət həddinin nə qədər olacağı məlum olmasa da, 45 dollar başlanğıc nöqtəsi ola bilər.

Yunanıstan, Kipr və Malta uzun müddətdir ki, gəmiçilik sektorlarında potensial biznes itkisi və gəmi sahiblərinin əməliyyatlarını Aİ hüdudlarından kənara köçürə biləcəyindən ehtiyatlanaraq qiymət həddi ilə bağlı narahatdırlar.

Mütəxəssislərə görə, qiymət həddi təklifi Vaşinqtonda dəstək qazana bilər. Bununla belə, Aİ səfirləri yenidən işlənmiş qiymət həddi mexanizmi ilə bağlı razılığa gələ bilsələr də, Slovakiya Aİ-nin 2027-ci ilə qədər Rusiyanın enerji idxalına son qoymaq planından narahat olduğu üçün sanksiyalar paketinə qarşı çıxacaq.

Son xəbərlər
Digər xəbərlər