14 C
Baku
Friday, May 17, 2024

“Reuters”: Avropa Mərkəzi Bankı bu həftə faizləri 50 baza bəndi artıra bilər

Avropa Mərkəzi Bankı (ECB) cümə axşamı günü faiz dərəcələrinin təkcə qeyd etdiyi 25 baza bəndlik artımı deyil, 50 baza bəndi artırılmasını müzakirə edəcək.

Banker.az xəbər verir ki, bunun “Reuters” çərşənbə axşamı adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Lakin birjalar bu həftənin dördüncü iş günüdəki iclasa uçot faiz dərəcəsinin Avrozonada 0.00%-dən 0.25%-ə qədər yüksəldiləəyini, depozit faizlərini sıfırın altında 0.25%-ə və borclanma faizi isə 0.50% olacağını proqnoz edir.

Bildirilir ki, hesabat bankın rəhbərliyi ilə ziddiyyət təşkil edir: ECB son iclası zamanı bu ayın iclasında və sentyabr ayında yenidən dərəcələri 25 baza bəndi artırmaq niyyətində olduğunu demişdi. O zaman, inflyasiyanın aşağı salınması üçün daha sürətli hərəkət etmək istəyənlərə etdiyi yeganə güzəşt sentyabr iclasında daha böyük bir hərəkətin mümkünlüyünə icazə verilməsi vurğulanmışdı.

Mənbələri həmçinin “Reuters” bildiriblər ki, idarəetmə şurası Avropa Komissiyasının islahatlar və büdcə nizam-intizamı ilə bağlı qaydalarına əməl etsələr, İtaliya kimi borclu ölkələrə istiqraz bazarında kömək göstərmək üçün razılaşma mümkündür.

ECB-nin on ildə ilk dəfə faiz artımı yaxınlaşdığı üçün istiqraz gəlirliliyi spredləri Avrozona daxilində əhəmiyyətli dərəcədə genişlənib və volatillik İtaliya hökuməti koalisiyasının dağılması ilə daha da pisləşib.

İtaliyanın Baş naziri (o həmçinin keçmiş ECB prezidentidir) Mario Draqi istefa verməklə hədələdiyi üçün keçən həftə Almaniya və İtaliyanın 10 illik istiqrazları arasındakı fərq bəzən 250 baza nöqtəsinə qədər genişləndi. Bununla belə, o vaxtdan bəri təxminən 200 baza nöqtəsində sabitləşdi, eyni zamanda 2 illik İtaliya notunun gəlirliliyi Bakı vaxtı ilə 11:50 radəlinə 2.12%-dən 1.26%-ə düşdü.

Son 20 ildə ilk dəfə dollarla paritetdən aşağı düşən avro/dollar cütlüyü, yeni xəbərlər fonunda 0.8% artaraq təxminən iki həftənin ən yüksək səviyyəsinə yüksələrək 1.0220 səviyəsinə çatıb.

Avrostatın məlumatına görə, Avrozonada iyun üzrə orta illik inflyasiya 8.6 faiz olub ki, bu da birjanın gözlədiyi qərəm idi. Öncəki ayda inflyasiya 8.1 faiz idi.

Qeyd edək ki, Avrozonada inflyasiyanın tarixi maksimuma çıxmasına səbəb Rusiya-Ukrayna müharibəsi fonunda enerji daşıyıcıları zəncirinin pozulması fonunda bahalaşmasından irəli gəlir. Hazırda iqtisadi zona üçün əsas risk Rusiyanın ölkəyə nəql etdiyi qazla bağlıdır. Əgər “Şimal axını -1” boru kəmirindən qazın nəqlinin dayanması uzanarsa əsas iqtisadiyyat Almaniya üçün böyük təhlükə yarada bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər