“Reuters”in mənbələrə istinadən verdiyi məlumata görə, OPEC+ çərçivəsində fəaliyyət göstərən yeddi ölkə avqust ayında neft hasilatı kvotalarının sutkada 188 min barel artırılmasını razılaşdıra bilər.
BƏƏ-nin təşkilatdan çıxmasından sonra Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman son iki ay ərzində də eyni qərarı qəbul etmişdi. OPEC+ ölkələrinin bu yeddi üzvünün növbəti görüşü iyulun 5-də keçiriləcək.
İyul ayında Rusiyanın neft hasilatı kvotası sutkada 62 min barel artırılaraq 9,8 milyon barelə çatdırılıb. Səudiyyə Ərəbistanına da hasilatı sutkada 62 min barel artıraraq 10,3 milyon barelə yüksəltməyə icazə verilib. Bu göstərici yeddi ölkə arasında ən yüksək həcmdir.
Ən aşağı kvota isə Omana məxsusdur. Ölkəyə iyul ayında sutkada 831 min barel neft hasil etməyə icazə verilib ki, bu da iyun ayı ilə müqayisədə 5 min barel çoxdur.







