10 C
Baku
Friday, December 13, 2024

“Revolut” $20 mlrd. qiymətləndirmə ilə investisiyalar haqqında danışıqlara başlayıb

Fintex-startap “Revolut” 20 milyard dollar qiymətləndirmə ilə investisiya haqqında danışıqlara başlayıb.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” agentliyi məlumat verib.

Mütəxəssislərin fikrincə, bu onu Böyük Britaniyanın ən böyük startapına çevirəcək. Maliyyə raundunun keçiriləcəyi vaxt və investisiyaların həcmi haqqında hələki heç bir məlumat yoxdur.

Qeyd edək ki, danışıqların uğurla başa çatdığı halda “Revolut”un qiymətini dörd dəfə artıracaq.

“Revolut” 2014-cü ildə Nikolay Storonski tərəfindən yaradılıb. 2020-ci ildə şirkət 5.5 milyard dollar qiymətləndirmə ilə 500 milyon dollar cəlb edib. İyulda xidmət investorlardan daha 80 milyon dollar cəlb etsə də, qiymətləndirmə dəyişməyib.

21 iyunda “Revolut” 2020-ci ilə dair hesabatını açıqlayıb. Şirkətin xərcləri 280 milyon dollara qədər iki qat artıb, gəliri isə 361 milyon dollara çatıb.

Son xəbərlər
Digər xəbərlər