19 C
Baku
Thursday, May 9, 2024

“Revolut” Braziliyada bankçılıq və kriptovalyuta xidmətini işə salıb

“Revolut” Braziliyada bankçılıq və kriptovalyuta xidmətini işə salıb. Onun baş direktoru Latın Amerikasının ən böyük investisiya banklarından biri “BTG Pactual”ın əməkdaşı Qlauber Mot təyin edilib.

Banker.az bu barədə VC.ru-ya istinadən xəbər edir.

Yeni xidmət vasitəsilə valyuta mübadiləsi və pul köçürmələri üçün 150-dən çox ölkədə qəbul edilən virtual kart açmaq mümkündür. Burada həmçinin kriptovalyuta almaq üçün xidmət mövcuddur. Şirkətin məlumatına görə, Braziliyada ən azı 10 milyon insan rəqəmsal aktivlərdən istifadə edir.

Müştərilərin sayına görə Braziliya bazarının lideri təxminən 70 milyon insanın istifadə etdiyi rəqəmsal “Nubank” bankıdır. “Nubank” kriptovalyuta ticarətinə 2022-ci ilin iyun ayında başlayıb, xidmətdən istifadə edənlərin sayı bir ay ərzində 1 milyonu ötüb.

“Revolut” Böyük Britaniya və Avropada fəaliyyət göstərən bank xidmətidir. Xidmət 2021-ci ilin mart ayında ABŞ-da bank lisenziyası üçün müraciət edib və 2022-ci ilin yanvarında ölkədə komissiyasız birja ticarəti xidmətini işə salıb. Oktyabr ayında “Revolut”un həmtəsisçisi Nikolay Storonski Rusiya vətəndaşlığından imtina edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər