6 C
Baku
Monday, December 16, 2024

“Revolut” hotellərin bron edilməsi xidmətini işə salıb

“Revolut” fintex-startapı “Stays” adlı hotellərin bron edilməsi xidmətini işə salıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bu, şirkətin ilk qeyri-maliyyə xidmətidir. “Revolut” gələcəkdə həmçinin aviabiletlərin alışı, avtomobillərin icarəsi və səyahət üçün digər xidmətləri inkişaf etdirməyi planlaşdırır.

Bildirildiyi kimi, “Revolut” müştəriləri “Stays” vasitəsilə hotel bron etdikdə 10%-dək keşbek qazana bilərlər. Yeni funksiya İngiltərədə 20 iyul tarixində işə salınıb, yaxın aylarda Avropa və ABŞ-da da təqdim edilməsi planlaşdırılır.

Xatırladaq ki, “Revolut” 2014-cü ildə Nikolay Storonski və Vlad Yasenko tərəfindən yaradılıb. Xidmət Böyük Britaniya və Avropada fəaliyyət göstərir. “Revolut” tətbiqi və kartını müxtəlif valyutalarda bir neçə hesaba bağlamaq mümkündür.

2021-ci ilin iyulunda xidmət 33 milyard dollar qiymətləndirmə ilə 800 milyon dollar cəlb edib.

Son xəbərlər
Digər xəbərlər