14 C
Baku
Saturday, April 27, 2024

Reyhan Camalova dünya üzrə seçilmiş 15 nəfərdən biri olub

Gənc ixtiraçı Reyhan Camalova “Global Good Fund” Təqaüd Proqramında dünya üzrə 2600 müraciətin arasından seçilmiş 15 nəfərdən biri olub.Bu barədə R.Camalova özü məlumat yayıb.

“Bu təşkilat sosial sahibkarlara liderlik bacarıqlarını və bizneslərini inkişaf etdirmək üçün sərmayə qoyur. Mən dünyanın ən aktual məsələlərini həll edən istedadlı gənclərin qrupuna qoşulduğum üçün çox sevinirəm!”, – deyə o bildirib.

Qeyd edək ki, Reyhan Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində yağış suyundan enerji alınmasına imkan verən “Rainenergy” qurğusu ilə Azərbaycanı təmsil edib. ABŞ Prezidenti Donald Trampın baş məsləhətçisi və qızı İvanka Tramp sammitdə çıxışı zamanı R.Camalovanı xüsusi vurğulamışdı.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər