12 C
Baku
Thursday, November 14, 2024

“Rio Tinto” ABŞ-nin litium istehsalçısı “Arcadium”u 6.7 mlrd. dollara alır

Dünyanın ikinci ən böyük mədən şirkəti “Rio Tinto” ABŞ-nin litium istehsalçısı “Arcadium”u satın alır. Razılaşmanın şərtlərinə görə, “Rio Tinto” oktyabrın 4-də ticarətin bağlanışında hər “Arcadium” səhmi üçün 5.85 dollar ödəyəcək. Qeyd edək ki, müqavilənin ümumi dəyəri 6.7 milyard dollar təşkil edəcək.

“Arcadium”u satın aldıqdan sonra “Rio Tinto” şirkəti “Albemarle” və SQM-dən sonra dünyanın üçüncü ən böyük litium istehsalçısı olacaq. “Arcadium”un Argentina, Avstraliya, Kanada, Çin, Yaponiya, Böyük Britaniya və ABŞ-də obyektləri var. Şirkət litium yağları, boyalar, elektrik avtomobil akkumulyatorları və s. üçün əsas komponent olan litium hidroksid istehsal edir.

Bazarda litiumun qiymətləri ilin əvvəlindən demək olar ki, 22% ucuzlaşıb. “Rio Tinto” litiumun aşağı emissiyalı iqtisadiyyata keçiddə əhəmiyyətini nəzərə alaraq, növbəti on il ərzində ona tələbatın artacağını gözləyir.

“Arcadium” səhmləri ilin əvvəlindən öz dəyərinin demək olar ki, 60%-ni itirib. Bununla belə, “Rio Tinto” ilə satınalma ilə bağlı danışıqlar barədə ilk xəbərlər ortaya çıxandan sonra Amerika şirkətinin səhmləri artıq 37% artıb.

Son xəbərlər
Digər xəbərlər