28 C
Baku
Saturday, July 27, 2024

Risklərin idarə edilməsi üzrə şöbə rəisi (Bank BTB)

İşçinin vəzifəsi:

1. Müştəri əməliyyatlarına çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunvericilik və daxili qaydalara riayət olunmasına nəzarəti təşkil edir.
2. Bank fəaliyyətinin ayrı-ayrı sahələrində yoxlama və monitorinqlər təşkil edir.
3. Girov (ipoteka) predmetlərinin bazarını daim araşdırır və İH-nə, KK-nə məlumatlar hazırlayır.
4. Risklərin idarə edilməsi işinin əlaqələndirilməsini təmin edir.
5. Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparır və kənarlaşmalar barədə hesabatı təqdim edir.
6. Bankın aidiyyəti struktur bölmələri ilə birgə fəaliyyət növləri üzrə risk limitlərinin hesablanması və onlara dəyişikliklərin edilməsi barədə təkliflər verir.
7. Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirir və pozuntular barədə dərhal Baş Risk inzibatçısına məlumat verir.
8. Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi  üzrə metodların və modellərin seçilməsi və tətbiqi (bankın aidiyyatı struktur bölmələri ilə birgə) üzrə işləri həyata keçirir.
9. Aidiyyatı  struktur  bölmələrlə  birgə  stress-testlər  keçirir  və  müəyyən edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planı hazırlayır.
10. Aidiyyatı  struktur  bölmələrlə  birgə  stress-testlər  keçirir  və  müəyyən edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planı hazırlayır.
11. Bankdaxili qaydalara müvafiq olaraq, departamentin fəaliyyəti barədə hesabatlar hazırlayır.

Tələblər:

– Ünsiyyət qurma bacarığı
– Təhlil etmə bacarığı
– İdarəetmə və analitik bacarıqlar, tez və düzgün qərar qəbul etmə qabiliyyəti  və dəqiqlik.
– Microsoft Office proqramlarında işləmə qabiliyyəti (Excell proqramı xüsusi ilə)
– Ali  təhsil
– Bank sisteminin risk sahəsində 2 il staj
-Mərkəzi Bankın ümumi qaydalarını bilməsi. (Banklar haqqında qanun, Aktivlərin təsnifləşdirilməsi qaydaları və s.)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 03.10.2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Risklərin idarə edilməsi üzrə Şöbə rəisi)  göstərməyiniz xahiş olunur

Son xəbərlər
Digər xəbərlər