Ümumi məlumat
Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin Əməliyyat Risklərinin İdarə Edilməsi Şöbəsində Aparıcı mütəxəssis və Baş mütəxəssis vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Maliyyə və ya iqtisadi sahədə ali təhsil;
- Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi metodlarının hazırlanması;
- Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər vermək;
- Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin
- əyata keçirilməsi və lazımi hesabatların tərtib olunması üzrə təkliflər verməklə hesabtlığın aparılması;
- Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
- Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması və nəticələr əsasında təkliflərin verilməsi;
- Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində aktiv iştirak;
- Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılması;
- Audit yoxlaması nəticəsində qeyd edilən məqamların aradan qaldırılması üzrə tədbirlər planının və problemlərin eskalasiyası.
Tələblər
- Maliyyə və ya iqtisadi sahədə ali təhsil;
- Yüksək səviyyədə MS Excel və yaxşı dərəcədə SQL bilikləri;
- Yüksək analitik düşünmə və problem həll etmə qabiliyyəti;
- Komanda tərkibində yüksək işləmə qabliyyəti;
- Əla səviyyədə Azərbaycan, Rus və İngilis dili biliyi;
- Bank sahəsində ən azı 4, müvafiq sahə üzrə 2 illik iş təcrübəsi.
https://kapitalbank.az/career/Risklerin-Idare-Edilmesi-Depar-76?hl=az