12 C
Baku
Tuesday, May 7, 2024

“Rivian” ABŞ-da 5 mlrd. dollarlıq zavod inşa edəcək

“Rivian” avtomobil şirkəti ABŞ-ın Corciya ştatında İllinoys ştatındakı zavodundan iki dəfə çox istehsal gücünə malik ikinci zavod inşa edəcək.

Banker.az xəbər verir ki, müəssisə ildə 400 min elektromobil buraxacaq. Bundan əlavə, təkrar doldurula bilən batareyalar istehsal edəcək.

Tikinti işlərinə 2022-ci ilin yayında, istehsala isə 2024-cü ildə başlanılacaq. Zavod yeni nəsil “Rivian” elektromobillərini inkişaf etdirəcək. Qeyd edək ki, hal-hazırda şirkət “R1T” yük maşını, “R1S” yolsuzluq avtomobili və çatdırılma xidməti furqonlarını istehsal edir.

Eyni zamanda “Rivian” akkumulyator texnologiyasına, o cümlədən xammal tədarükü və element istehsalına sərmayə qoymağı planlaşdırır. Səhmdarlara göndərilən məktuba görə, elektrik ötürücü sistemi başqa bir investisiya prioriteti olacaq.

Şirkət elektriklə işləyən avtomobillər üçün enerjidoldurma infrastrukturunu inkişaf etdirməyi planlaşdırır. 2021-ci ilin sonuna qədər “Rivian”ın Kaliforniya, Kolorado, İllinoys, Nyu-York, Yuta və Vaşinqtonda yerləşən 60-dan çox mobil xidmət furqonu və səkkiz xidmət mərkəzi yaradılacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər