Avstraliyalı alim Allister Heyr McDonald’s restoranlar şəbəkəsinin reklamını riyazi cəhətdən təkzib etdi. Qeyd edək ki, reklamda burgerlərin yaradılması zamanı müştərilərə “sonsuz imkanlar” təqdim edir və onlar fərdi şəkildə burgerin tərkib hissəsini seçə bilərlər. Riyaziyyatçı maksimal variantların sayının 1 073 741 823 olduğunu hesablamış və araşdırmanın nəticəsini özünün Facebook hesabında paylaşmışdır.
O yazır: Belə görünür ki, mən də digər müştərilər kimi inanmalıyam ki, 30 ingredientin köməkliyi ilə sonsuz sayda burger variantı yarada bilərəm? Bu o deməkdir ki, şirkət mənim intellektimin obyektlərin sonlu sayının sonsuz sayda kombinasiya yarada bilməyəcəyini anlamayacaq qədər çox aşağı olduğunu düşünür.
Heyr qeyd etmişdir ki, onun riyaziyyat üzrə alimlik dərəcəsi var və buna görə də ictimaiyyətə həqiqəti deməlidir.
Qeyd edək ki, McDonald’s-ın “Öz dadını yarat” adlı kampaniyası 2014-cü ilin oktyabrında yaradılmışdı.