8 C
Baku
Friday, March 29, 2024

Rolls-Royce etibar qazanmağa çalışır

Britaniyanın Rolls-Royce Holdings Plc şirkəti digər şirkətlərin aktivlərini almaq əvəzinə öz səhmlərini 1 milyard funt sterlinqə (1,7 milyard dollara) almağı planlaşdırır. 

Şirkətin almağa hazırlaşdığı səhmlərin dəyəri onun kapitalizasiyasının 5%-ni təşkil edir. Dünyanın ən nəhəng aviamühərrik istehsalçısı bununla yanaşı investorların etibarını qazanmaq niyyətindədir.

Şirkət bu haqda məlumat verdikdən sonra onun səhmlərinin dəyəri 7,4% artmışdır. Son yarım il ərzində Rolls-Royce-un gəlirliliyi 17% düşmüşdür.

Şirkət yanvar ayında investorların belə desək əhvalını pozmuşdu. Bu zaman şirkət Finlandiyanın Wartsila adlı maşınqayırma şirkətini 8 milyard avroya almaq istədiyini bildirmişdi. Şirkətin bu yaxınlarda mühərriklərin alınması ilə bağlı olan nəhəng müqaviləni də ləğv etməsi investorların şirkətə olan etibarına xələl gətirmişdi.

Onu da qeyd edək ki, şirkət may ayında Siemens şirkəti ilə müqavilə bağlayaraq, elektrik turbinlərin buraxılması üzrə əməliyyatlarını 785 milyon funt sterlinqə satmışdı. Bütün bunlar investorların şirkətə olan etibarını yenidən artırmalıdır.

Son xəbərlər
Digər xəbərlər