10 C
Baku
Friday, December 13, 2024

Ronaldonun gəlirləri offşor hesablarında saxlamaqla vergidən yayındığı iddia olunur

Yanvarın 22-də Madrid məhkəməsi İspaniyada vergidən yayınmaqda ittiham edilən portuqaliyalı futbolçu Kristiano Ronaldonun məsələsinə baxacaq. O, vergi qaçaqlığında ittiham olunur.

Banker.az bildirir ki, maliyyə orqanlarının və prokurorluğun hazırladıqları iddianaməyə əsasən, 2011-2014-cü illərdə bir-birindən fərqli dörd maliyyə cinayətində günahlandırılan Ronaldo haqqında prokurorluq 2 il həbs cəzası və ümumilikdə 18,8 milyon avro pul cəzası verilməsini tələb edir.

2009-cu ildən 2018-ci ilə qədər Madridin “Real” komandasında oynamış və bu futbol mövsümünün əvvəlində İtaliyanın “Yuventus” komandasına transfer edilmiş 33 yaşlı Ronaldo imic haqlarından əldə etdiyi gəlirləri offşor hesablarında saxlamaqla vergi qaçaqçılığına görə məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, Madrid məhkəməsi eyni iclasda əslən İspaniyadan olan Xabi Alonsonun da işini araşdıracaq.

Son xəbərlər
Digər xəbərlər