27 C
Baku
Sunday, April 28, 2024

“Roshen” şirniyyat fabriki Rusiyanın mülkiyyətinə keçib

Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun Lipetsk şəhərindəki “Roshen” şirniyyat fabriki Rusiyanın mülkiyyətinə keçib.

Bu barədə Rusiyanın Lipetsk Vilayət Məhkəməsinin mətbuat xidməti bildirib.

Məhkəmənin qərarına əsasən, Lipetsk şirniyyat fabriki “Roshen” Açıq Səhmdar Cəmiyyətinin səhmləri və Mərkəzi Avropa Qənnadı Şirkətinə məxsus “Roshen” MMC-nin nizamnamə kapitalındakı 94.9976 faiz nizamnamə kapitalındakı payların 5%-i gəlirə çevrilməlidir.

Məlumata görə, Petro Poroşenko ilə əlaqəli Ukraynanın “Roshen” şirkəti dünyanın ən böyük şirniyyat məmulatları istehsalçılarından biridir. Şirkətin fəaliyyəti Ukraynadakı siyasi hadisələrlə əlaqədar 2017-ci ilin aprelində dayandırılıb. Fabrikin Lipetskdə qalan aktivləri 200 milyon dollar dəyərində qiymətləndirilib.

Qeyd edək ki, Ukrayna Respublikasının beşinci prezidenti olmuş Petro Poroşenko 2014-2019-cu illərdə bu postu tutub. “Forbes” jurnalının (2013, fevral) rəyinə görə öz varidatına görə Ukrayna varlıları arasında 5-ci yeri tutur.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər