7 C
Baku
Sunday, December 15, 2024

“Rosselxoznadzor” Azərbaycandan 2.6 ton çiyələyin Rusiyaya idxalına icazə verməyib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan zərərli karantin obyektlər ilə yoluxmuş çiyələk partiyasının Rusiya ərazisinə idxalına icazə verməyib.

“Rosselxoznadzor”un Qafqaz Regionlararası İdarəsinin apardığı fitosanitar karantin nəzarəti tədbirləri zamanı “Viaduk” müvəqqəti saxlama anbarından 2,6 ton çiyələyin idxalına icazə verməyib. Həmin məhsilda zərərli karantin obyektlər – Şərq meyvəyeyəni (Grapholitha molesta) və “qərb(Kaliforniya)çiçəyi tripsi” böcəyi (Frankliniella occidentalis Perg.) aşkar edilib”, – İdarədən bildirilir.

Məlumata görə, yük sahibləri “Bitki karantini haqqında” federal qanunu pozduqlarına görə inzibati məsuliyyətə cəlb ediliblər.

Yük Azərbaycana geri qaytarılıb.

Son xəbərlər
Digər xəbərlər