16 C
Baku
Thursday, April 25, 2024

Rövşən Nəcəf “Şahdəniz”dən hasil olunan qaz və kondensatın həcmini açıqlayıb

İstismar tarixindən bu il aprelin 1-dək “Şahdəniz” qaz və kondensat yatağından hasil olunan qaz və kondensatın həcmi açıqlanıb.

Banker.az xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf öz Facebook səhifəsində yazıb.

O, qeyd edib ki, bu dövrdə “Şahdəniz” yatağından 163.97 mlrd. kubmetr qaz, 36.94 mln. ton kondensat hasil edilib. Bu ilin birinci rübündə isə yataqdan qaz hasilatı 6.44 mlrd. kubmetr, kondensat hasilatı isə 1.15 mln. ton olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər