2 C
Baku
Saturday, December 14, 2024

Rövşən Nəcəf SOCAR-ın Müşahidə Şurasından çıxarıldı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamından “Rövşən Nəcəf – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini” sözləri çıxarılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Rövşən Nəcəf Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.

Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinin müvəqqəti icrası Rövşən Nəcəfə həvalə edilib.

Son xəbərlər
Digər xəbərlər