10 C
Baku
Thursday, December 12, 2024

“RoyalBank”ın filial müdirinin kassasiya şikayəti geri qaytarılıb

Ali Məhkəmədə dələduzluqda, mənimsəmə və israf etməkdə təqsirli bilinən “RoyalBank” ASC-nin “Tovuz” filialının müdiri Ədalət Müseyibovun kassasiya şikayətinə baxılıb.

Məhkəmədə Ə. Müseyibov kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin edib və şikayət geri qaytarılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ədalət Müseyibov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, “RoyalBank” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Vergilər Nazirliyindən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində cinayət işi başlanıb.

Müəyyən edilib ki, ASC-nin “Tovuz” filialının müdiri Ədalət Müseyibov cəmiyyətin Müşahidə Şurasının sədri Cam Əli Mohammad və digərləri ilə qabaqcadan əlbir olub. Onlar Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi məqsədilə bankın hesabına köçürülmüş külli miqdarda özgə əmlakını ələ keçirmək qərarına gəliblər.
Mütəşəkkil dəstənin üzvləri bu məqsədlə kənd təsərrüfatı krediti almaq üçün bankın “Tovuz” filialına müraciət etmiş Tovuz rayon sakinləri Nizami Qarayev, Seyfəddin Abbasov və İsbəndiyar Müseyibovun adına müxtəlif məbləğlərdə kreditlər rəsmiləşdirməklə ödəniş sənədlərini vətəndaşların özlərinə imzalatdıraraq pulu vətəndaşlara verməyib və kassadan götürüblər. Bununla da Ədalət Müseyibov və digər şəxslər adları qeyd olunan şəxslərə verilməli olan 400 min manat məbləğində pulu mənimsəyiblər.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər