15 C
Baku
Wednesday, September 24, 2025

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin sentyabrın 20-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

Banker.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Ruanda Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqameni qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Ruanda Prezidentinə raport verdi.

Ruanda Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

68ce6cbf6be9168ce6cbf6be92175835871968ce6cbf6be8f68ce6cbf6be90 68ce6cbf5f4c668ce6cbf5f4c7175835871968ce6cbf5f4c468ce6cbf5f4c5 68ce6cbf4a91c68ce6cbf4a91d175835871968ce6cbf4a91a68ce6cbf4a91b 68ce6cbf3cb5368ce6cbf3cb54175835871968ce6cbf3cb5168ce6cbf3cb52 68ce6cbf2f76b68ce6cbf2f76c175835871968ce6cbf2f76968ce6cbf2f76a 68ce6cbf246a968ce6cbf246aa175835871968ce6cbf246a768ce6cbf246a8

Son xəbərlər
Digər xəbərlər