22 C
Baku
Friday, April 26, 2024

I rübdə Azərbaycanın xalis maliyyə aktivləri 1 mlrd. dollaradək artıb

2018-ci ilin yanvar-mart aylarında ölkənin xalis maliyyə aktivləri 985,9 mln. dollar artıb.

Bu, Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin  yanvar-mart ayları üçün tədiyyə balansında öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (562,3 mln. dollar), portfel investisiyaları (88,2 mln. dollar), törəmə maliyyə alətləri (1,4 mln. dollar) və digər investisiyalar (334 mln. dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 523,2 mln. dollar təşkil edib ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (128,8 mln. dollar), neft bonusu (450,1 mln. dollar), portfel investisiyaları (-46,6 mln.$) və digər investisiyalar (-9,1 mln. dollar) hesabına formalaşıb.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər