-3 C
Baku
Sunday, December 15, 2024

Rüfət Aslanlı: “Banklarda əlavə resurslar formalaşdıqca, müştərilərə əlavə güzəştlər tətbiq oluna bilər”

“Son bir il ərzində kreditlərin verilməsi şərtlərində əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib”. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, kreditlərin həm müddəti, həm faiz dərəcələri aşağı salınıb: “Xüsusilə devalvasiyadan sonra banklar vaxtı keçmiş kreditlərin böyük hissəsini faizlər üzrə güzəştə gediblər, müddətləri azaldıblar. Banklarda əlavə resurslar formalaşdıqca, əlavə güzəştlər də tətbiq oluna bilər. Bu, banklarla müştərilər arasında olan münasibətlərdir”.

APA

Son xəbərlər
Digər xəbərlər