Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş Direktorlar Şurasının sədri Rüfət Aslanlını tənqid edib.
Banker.az-ın AzVision-a istinadən məlumatına görə, deputat iclasda çıxışı zamanı xatırladıb ki, bu yaxınlarda cənab prezidentin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Platasının Direktorlar Şurası ləğv edilib.
“Vaxtında biz bu palata ilə bağlı məsələləri qaldıranda bəzi deputatlar bizim əleyhimizə çıxış etdilər. Ancaq biz haqlı idik. Bu palata iki ildir ki, fəaliyət göstərir. Ancaq son 6 ayda fəalyyətində dirçəlmə baş verdi. Bu da İbrahim Alışovla bağlıdır. Elə vaxt olur ki, həftədə iki-üç dəfə İbrahim Alışovla danışıram. Müəyyən məsələləri müzakirə edə bilirik. Rəhbərlikdə normal insan olanda danışmaq olur. Yoxsa o birisi gedib çaxır buraxır, üstünə adını yazdırır. 65 min manat maaşı da özü alırdı. Bu harda görülüb ki?”, – deyə deputat çıxışında bildirib.