İran prezidenti Həsən Ruhani İran və Avrasiya İqtisadi Birliyi arasında azad ticarət zonasının yaradılması üçün müvəqqəti razılaşma layihəsini təsdiqləyib.
Banker.az xəbər verir ki, bu barədə İran prezidentinin mətbuat xidməti məlumat verib.
Avrasiya İqtisadi Birliyi və İran 2018-ci il mayın 17-də Astana İqtisadi Forumu zamanı azad ticarət zonasının yaradılmasına dair müvəqqəti razılığa imza atıblar. Razılaşmanın müddəti üç il təşkil edir.
Azad Ticarət Zonası bir sıra mallara idxal rüsumlarının azaldılmasını və ya tamamilə ləğv edilməsini nəzərdə tutur. Müqavilə ötən il 2,7 milyard dollar təşkil edən ticarət həcmini əhəmiyyətli dərəcədə artıracaq.