Banker.az bildirir ki, İRNA xəbər verir ki, prezident Həsən Ruhani, Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən dərin narahatlığını ifadə edərək bunun regional müharibəyə çevrilməməsi lazım olduğunu qeyd edib.
Nazirlər Kabinetinin iclasında çıxış edən Prezident, Ermənistan və Azərbaycan rəsmiləri ilə danışıqlar zamanı İranın təhlükəsizliyini qorumağın vacibliyini vurğulayıb. “Heç bir şey münaqişə və qan tökülməsi ilə həll edilə bilməz” deyə Ruhani bildirib.
Ruhani onu da bildirib ki, “Dağlıq Qarabağ problemini həll etməyin başqa yolları var, bu mövzuda kömək etməyə hazırıq” .
“Çox diqqətli olmalıyıq. Bu müharibənin regional bir müharibəyə çevrilməsinə icazə verməməliyik. Bu müharibə heç kimə fayda verməyəcək ”deyə Ruhani bildirib.