6 C
Baku
Sunday, December 15, 2024

Rumıniya və Bolqarıstanın Şengen zonasına daxil edilməsi üçün razılıq əldə olunub

2024-cü ilin mart ayından etibarən Rumıniya və Bolqarıstanın hava və dəniz sərhədlərində Şengen qanunvericiliyinin tətbiqi ilə bağlı siyasi razılıq əldə olunub.

Rumınıya Daxili İşlər Nazirliyinin məlumatına görə, dekabrın 26-da və 27-də diplomatik kanallar vasitəsilə siyasi razılaşmanı hüquqi tərəfdən təsdiq edəcək Avropa İttifaqı Şurasının qərar layihəsi barədə danışıqlar aparılıb. Danışıqlar bu gün davam etdiriləcək.

Qeyd edək ki, 2022-ci ilin dekabrın 8-də Brüsseldə keçirilən Aİ Daxili İşlər və Ədliyyə Şurasının iclasında Rumıniya və Bolqarıstanın Şengen zonasına qoşulmaq üçün müraciətləri Avstriya və Niderlandın əleyhinə səs verməsi nəticəsində qəbul olunmayıb. Avstriya hakimiyyəti səbəb kimi ölkəyə miqrant axını fonunda Şengen sisteminin işləmədiyini və bu zonaya yeni üzvlərin qəbulunun qeyri-mümkün olduğunu göstərib.

Hazırda Şengen zonasına 27 ölkə daxildir, onlardan 23-ü Avropa İttifaqının üzvüdür.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər