22 C
Baku
Saturday, May 11, 2024

“Rumıniya vasitəsilə Ukraynadan 2.7 milyon tona yaxın taxıl çıxarılıb”

“İndiyədək Rumıniya ərazisindən tranzitlə keçməklə Ukraynadan 2.7 milyon tona yaxın taxıl çıxarılıb”.

Bunu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Brüsseldə Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə deyib.

O qeyd edib ki, bu, Ukraynanın ixrac etdiyi taxılın ümumi həcminin təxminən yarısını təşkil edir

Rumıniyalı nazir iyulun 15-də Buxarestdə keçirilən Moldovaya Yardım üzrə 2-ci Beynəlxalq Konfrans zamanı 615 milyon avro toplandığını və bunun da 432 milyon avrosunun qrantlardan ibarət olduğunu qeyd edib.

B.Auresku Aİ-nin Moldova, Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinə dəstəyinin gücləndirilməsinin tərəfdarı olduğunu, bu regionların Rusiyanın hərəkətləri qarşısında xüsusilə həssas olduğunu bildirib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər