Rusiyadan neft məhsullarına embarqonun dekabrda qüvvəyə minməsini nəzərə alaraq, Rumıniyanın neft emalı zavodları Rusiya xam neftinə alternativ mənbələr tapıb.
Bu barədə Rumıniyanın energetika naziri Virgil Popesku deyib.
O bildirib ki, bununla bağlı Rumıniyada fəaliyyət göstərən neft emalı zavodlarına sahib olan bütün şirkətlərlə, o cümlədən “LUKoil” şirkəti ilə müzakirələr aparılıb.
Qeyd edək ki, dekabrın 5-də Avropa Komissiyasının dəniz yolu ilə daşınan Rusiya neft məhsullarına qoyduğu embarqo qüvvəyə minəcək.