2 C
Baku
Saturday, December 14, 2024

Rumıniyanın neft emalı zavodları Rusiya xam neftinə alternativ tapıb

Rusiyadan neft məhsullarına embarqonun dekabrda qüvvəyə minməsini nəzərə alaraq, Rumıniyanın neft emalı zavodları Rusiya xam neftinə alternativ mənbələr tapıb.

Bu barədə Rumıniyanın energetika naziri Virgil Popesku deyib.

O bildirib ki, bununla bağlı Rumıniyada fəaliyyət göstərən neft emalı zavodlarına sahib olan bütün şirkətlərlə, o cümlədən “LUKoil” şirkəti ilə müzakirələr aparılıb.

Qeyd edək ki, dekabrın 5-də Avropa Komissiyasının dəniz yolu ilə daşınan Rusiya neft məhsullarına qoyduğu embarqo qüvvəyə minəcək.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər