12 C
Baku
Friday, March 29, 2024

Rupert Merdokun biznes fəlsəfəsi

Rupert Merdok (Rupert Murdoch) Forbes jurnalının reytinqinə əsasən dünyanın ən varlı insanlarının ilk yüzlüyünə daxildir. Avstraliya mənşəli məşhur media maqnatın sərvətinin miqdarı 9 milyard dollar həcmində qiymətləndirilir. Onun aktivlərin dəyəri isə 60 milyard dollar həcmindədir.  

Merdok Nyu-Yorkda, məşhur “Beşinci avenyu” məhəlləsində yaşayır, onun qaldığı ev əvvəllər Rokfellerə məxsus olub. O, üç dəfə evli olub və varislərinin sayı kifayət qədər çoxdur, amma onlardan çox az bir qismi öz atasının yolunu davam etdirmək istəyir. News Corporation kompaniyasının prezidenti vəzifəsinə ən ideal namizəd isə onun BSkyB. Kompaniyasına rəhbərlik edən oğlu Ceyms hesab edilir.

Merdok müasir zamanın ən çox tənqid olunan biznesmenləri sırasına daxil edilir. Çoxları onu aldığı aktivləri sarı mətbuata çevirməkdə ittiham edir, bu mətbuat qısa bir müddətdə vulqarlaşır və öz obyektivliyini itirir. Bu ittihamlara media maqnat belə cavab verir: «Merdok özü bir dəfə bunu çox dəqiq sözlərlə ifadə etmişdir: mən publikaya onun istədiyini verirəm!»

Rupert Merdokun uğurunun sirləri onun sitatlarında

  • Mən sadəcə pul qazanmıram. Öz sahənizdə -ən yaxşı olmağa cəhd edin. Onda sizin həm hakimiyyətiniz, həm də sərvətiniz olacaq.
  • Hər dəfə köhnə bir şeyi dağıdıb, yeni nəsə düzəltmək istəyəndə siz özünüzə çoxlu yeni düşmən qazanırsınız. Mən fəxr edirəm ki, mənim artıq yetərincə düşmənim var.
  • Yalnız dəyişiklikləri öz xeyrinə yönəldə bilən insanlar qalib gəlir.
  • Şəxsi mənafe həmişə hər şeydən yüksək dayanmalıdır.
  • Qlobal düşün, lokal hərəkət elə.
  • Şan-şöhrətli keçmiş sizi texnologiyanın daimi inkişafının təsiri nəticəsində yaranan dəyişilmək zərurətindən xilas etmir.
  • Mən hər bir xırda detala diqqətli yanaşır və hər gün öz məhsullarıma nəzarət edirəm ki, daima hadisələrin gedişindən xəbərdar olum.
  • Həyat çox sürətlə dəyişir. Böyük bizneslər bu gün xırda biznesləri sıxışdıra bilmir. Çünki bu gün sürətlilər astagəllərə qalib gəlir.
  • Böyük idarə heyəti ilə siz çətin ki yaxşı kompaniya yarada biləsiniz. Ona görə də siz müstəqil qərar qəbul etməyi öyrənməlisiniz.
  • Reputasiya 100 milyondan da daha dəyərlidir.
  • Biznes — müharibədir.
  • Nəyin bahasına olsa da tirajı yüksəltmək!
  • Sarı mətbuat həmişə olacaq.
  • Mübarizə qəlbə faydalıdır.
  • Oxucuları üç şey maraqlandırır : Şəhvət, qalmaqal və idman.
  • İnsanlar heyvan kimidir və onların da instinktləri də var. Bunda utandırıcı heç nə yoxdur.
  • Böyük kəşflərin ikinci epoxası yetişir.
  • İmperiyanın genişləndirilməsi staqnasiyanın qarşısını almağın yeganə yoludur.
  • İnformasiya azadlığı uğurundakı mübarizədə siyasət deyil, məhz texnologiyaların inkişaf hadisələrin sonrakı gedişini müəyyən edəcək.
Son xəbərlər
Digər xəbərlər