Hindistan rupisi idxalçılardan dollara olan aşağı tələbin təzyiqi fonunda tarixdə ən aşağı səviyyəyə düşüb.
Rupi ABŞ dollarına nisbətdə 83.4375 olub ki, bu da Hindistan Ehtiyat Bankının müdaxiləsini qaçılmaz edib.
Hindistanın dövlət bankları tədarük zəncirlərində geosiyasi pozulmalarla bağlı artan narahatlıqlar fonunda xam neft qiymətlərinin yüksəlməsi nəticəsində aktiv dollar satışına başlayıb.
Qeyd edək ki, daha əvvəl Hindistan Ehtiyat Bankı uçot faiz dərəcəsini 6.50%-də gözlənildiyi kimi sabit saxlayıb.