25 C
Baku
Saturday, July 27, 2024

Rus bankı islam bankçılığını sınaqdan keçirir

“Sberbank” Tatarıstanda islam bankçılığını tətbiq etməyi planlaşdırır. Layihənin icrası, həmçinin Başqırdıstanda da mümkündür. Hazırda islam maliyyə xidmətinin tətbiq olunması hazırlıq mərhələsindədir.

Banker.az “lenta.ru”ya istinadla xəbər verir ki, xüsusi yaradılmış işçi qrupu mövcud qanunvericilik çərçivəsində məhsulların qurulması üzərində işləyir. Avqustda “Sberbank” bəyan etmişdi ki, yaxın gələcəkdə Rusiyada öz şöbələrində islam bankçılığı xidmətlərini təqdim etməyi planlaşdırmır. Lakin kredit təşkilatı islam normalarına uyğun işləyən xüsusi maliyyə şirkətinin yaradılmasında iştirak edəcək.

Federasiya Şurasının sədr müavini Yevqeni Buşmin isə mayda Rusiya Bankının və qanunvericiliyin islam bankçılığını yaymağa hazır olmadıqlarını qeyd etmişdir.

İslam bankçılığı prinsipləri spekulyasiyanı, borc faizlərini, həmçinin spirtli içki və tütün ilə əməliyyatların maliyyələşdirilməsini qadağan edir. Şəriət normalarına uyğun fəaliyyət göstərən kredit təşkilatları vəsait qoyduqları biznes layihələrindən birbaşa gəlir əldə edirlər./azertag

Son xəbərlər
Digər xəbərlər