15 C
Baku
Friday, March 29, 2024

Rus məmurların və oliqarxların yaxtaları haradadır? – Fotolar

Fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan sonra bir çox rusiyalı məmurlar və oliqarxlar sanksiyaların hədəfinə çevrilib. Bu kontekstdə rus oliqarxlarının yaxtaları beynəlxalq mətbuatda yaxından izlənilir. Rusiya prezidenti Putinə məxsus olduğu iddia edilən və ya rus oliqarxlarına məxsus yaxtalar indi haradadır?

Vladimir Putin

Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilən “Graceful” yaxtası Rusiyanın Ukraynanı işğal etmək qərarından əvvəl Almaniyada olub, hazırda isə Kalininqraddadır. Yaxta 270 fut uzunluğundadır, içində idman zalı, kitabxana və qapalı hovuz var.

graceful

Sahibinin kim olduğu sirr qalan yaxta – Şeherazada

Sahibinin kim olduğu bilinməyən, lakin haqqında rusiyalı milyarder və ya Putinə məxsus olduğu iddia edilən Şeherazada adlı yaxta hazırda İtaliya sahillərindədir.

scheherazade

New York Times-ın xəbərinə görə, 459 fut uzunluğundakı yaxtanın sahibi heç vaxt təsdiqlənməyib, lakin bir çoxları Putinin yaxtanın sahibi olduğunu düşünür. Onun dəyəri $700 mln. qiymətləndirilir.

Dmitri Medvedyev

Rusiyanın keçmiş prezidenti, Rusiya Milli Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevə aid olduğu ehtimal edilən “Universe” yaxtası İstanbuldadır. Superyaxtanın uzunluğu 74 metrdir.

universe

Roman Abramoviç

Rusiyalı milyarder Roman Abramoviçin “My Solaris” adlı lüks yaxtası Bodrumda, ikinci lüks yaxtası “Eclipse” isə Mərmərədədir.

my solaris

Abramoviçin Almaniyadakı gəmiqayırma zavodunda inşa edilən yeni “Solaris” superyaxtası 36 sərnişin tutumuna malikdir. Bundan əlavə, 48 kabinəli lüks yaxtanın 60 nəfərlik heyəti var. Yaxtada helikopterin eniş meydançası, üzgüçülük hovuzu və 8 göyərtəsi olacaq. Bildirilib ki, yaxta tamamlanmaq üzrədir.

eclipse

Abramoviçin $1.5 mlrd.lıq ikinci yaxtası “Eclipse” Mərmərədədir. Uzunluğu 163.5 metr, eni 23 metr olan yaxta ölçüsünə görə uyğun liman tapmaqda çətinlik çəkir. Bu yaxta dünyanın ən böyük yaxtalarından biridir.

İqor Seçin

Fransa rusiyalı oliqarx və siyasətçi İqor Seçinə məxsus 281 metrlik “Amore Vero” meqa yaxtasını müsadirə edib.

amore vero

Oceana-nın verdiyi məlumata görə, dəyəri $120 mln.olduğu təxmin edilən yaxtada hovuz kimi istifadə edilən helikopter meydançası da var. Rusiyanın neft nəhəngi “Rosneft”in baş icraçı direktoru Seçin də Avropa İttifaqı, ABŞ və Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalanlar arasındadır. Guardian yazır ki, Rusiyada insanlar Seçini “Darth Vader” və ya “dünyanın ən qorxunc insanı” adlandırırlar.

crescent

“Washington Post”un yazdığına görə, çox güman ki, İqor Seçinə məxsus, eyni zamanda Putinə aid olduğu bildirilən “Crescent” Qərbin sanksiyaları artırması nəticəsində İspaniyanın ələ keçirdiyi üçüncü yaxtadır. 443 fut uzunluğundakı yaxtanın dəyəri təxminən $600 mln.-dur.

Əlişir Usmanov

Əlişir Usmanov ABŞ, Aİ, Böyük Britaniya və İsveçrənin sanksiya siyahısındadır. Usmanovun “Dilbar” yaxtası Almaniyadadır, lakin hələ də müsadirə olunmayıb.

dilbar

Uzunluğu 512 fut və çəkisi 15 917 ton olan “Dilbar” ümumi tonajına görə dünyanın ən böyük mühərrikidir. Özbəkistanda doğulan Usmanov Putinə yaxınlığı ilə tanınır. O, 2010-cu ildə Forbes jurnalına açıqlamasında demişdi ki, “Mən Putini tanımağımla qürur duyuram, hamı Putini sevməyə bilər. Bu, Putinin problemi deyil”.

Sergey Qalitski

Rusiyalı oliqarx Sergey Qalitskinin təxmini dəyəri $250 mln. olan “Quantum Blue” yaxtası Ərəb dənizində üzür.

quantum blue

Galitskypo Rusiyanın ən böyük supermarket şəbəkələrində Magnit-in yaradıcısıdır. Qalitski hələ də sanksiyaya məruz qalan rus oliqarxları siyahısında deyil.

Vladimir Potanin

Rusiyalı oliqarx Vladimir Potanin hələ də heç bir sanksiya ilə üzləşməyib. Potaninə aid olduğu düşünülən “Nirvana” yaxtası hazırda Dubaydadır.

nirvana

Rusiya baş nazirinin keçmiş müavini Potaninin Barbara adlı başqa yaxtası olduğu güman edilir. Barbara İtaliyanın Genuya limanındadır.

barbara

Viktor Vekselberq

ABŞ-ın sanksiyasına məruz qalan rusiyalı oliqarx Viktor Vekselberqin yaxtası İspaniyadadır. 254 fut uzunluğunda və 14 nəfəri qəbul edə bilən “Tango” adlı yaxta 2012-ci ildə Dünya Superyaxta Mükafatını qazanıb. Yaxtanın dəyərinin təxminən $120 mln.-dur.

tango

Guardian-ın xəbərinə görə, Rusiyanın Renova Holdinqinin sahibi Ukrayna əsilli biznesmendir. ABŞ Maliyyə Nazirliyi Vekselberqin Putinlə yaxın əlaqələrinin olduğunu bildirərək, aktivlərini dondurduğunu açıqlayıb.

Rəşid Sərdarov

Neft və qaz zəngini Rəşid Sərdarova məxsus Stella Maris yaxtası Monakodadır. 237 fut uzunluğundakı yaxtanın $75 mln. dəyərində olduğu təxmin edilir.

stella maris

Andrey Melniçenko

Sailing Yacht A-nın Andrey Melniçenkoya məxsus olduğu güman edilir. Reuters xəbər verir ki, qayığın İspaniya səlahiyyətliləri tərəfindən ələ keçirildiyi bildirilib. Bununla belə, yaxta hazırda İtaliya sahillərində görünür.

sailing yacht a

Gəmi 465 futdan uzundur və 20 qonağı qəbul edə bilər. Sailing Yacht A-nın da sualtı müşahidə sahəsinin olduğu və dəyərinin $500 mln.-dan çox olduğu bildirilir. Forbes-in məlumatına görə, Melniçenko AB tərəfindən təsdiqlənmiş, kömür və gübrə sənayesində çalışan rusiyalı milyarderdir. Forbes həmçinin Melniçenkonun sualtı qayığa bənzəyən ikinci Motor Yacht A yaxtasına da sahib olduğunu bildirib. Forbes u qayığın İspaniya səlahiyyətliləri tərəfindən ələ keçirildiyini yazır. Lakin yaxta hazırda İtaliya sahillərində görünür.

Gennadi Timçenko

Reuters xəbər verir ki, oliqarx Gennadi Timçenkonun “Lena” superyaxtası martın 5-də İtaliyanın Sanremo limanında ələ keçirilib.

lena

Timçenko “Volqa Qrupu” özəl investisiya qrupunun sahibi və “Bank Rossiya”nın səhmdarıdır. Reuters xəbər verir ki, superyaxtanın dəyəri təxminən 50 mln. avrodur. Yaxtanın inşaatçısı Sanlorenzonun sözlərinə görə, qatlanan göyərtələri və “qağayı qanadlı qapıları” ilə dənizə açılan salonu var.

Aleksey Mordaşov

İtaliya hakimiyyəti Rusiyanın ən zəngin adamlarından biri olan Aleksey Mordaşova məxsus $71 mln.-luq super yaxtanı da müsadirə edib.

lady m

215 futluq “Lady M” superyaxtası İtaliyanın şimalındakı İmperiya limanında müsadirə edilib – Reuters bildirir. Superyacht Times-a görə, yaxta altıya qədər qonaq qəbul edə bilər, üstəlik dörd ekipaj üzvü üçün yaşayış yeri var.

Polad mədən şirkəti Severstal-ın rəhbəri oliqarx Mordaşov Aİ tərəfiindən sanksiyalar məruz qalıb, Aİ iddia edir ki, o, Rusiya ilə əlaqələrindən yararlanır.

Oliqarx TUI turizm şirkətinin $1.3 mlrd.-lıq payını sanksiyalara məruz qaldığı gün offşor vergi cənnətinə köçürüb – Insider yazır.

O, həmçinin martın 15-də Böyük Britaniya hökumətinin sanksiyalar siyahısına əlavə edilib.

Aleksandr Mixeyev

Reuters-in məlumatına görə, Leydi Anastasiya rusiyalı oliqarx Aleksandr Mixeyevə məxsusdur.

lady anastasia

İspaniya tərəfindən ələ keçirilən yaxta təxminən 160 fut uzunluğundadır və 10-a qədər qonağı qəbul edə bilər.

Oleq Deripaska

“Reuters” agentliyinin məlumatına görə, rusiyalı milyarderlərə məxsus bəzi superyaxtalar,  o cümlədən milyarder Oleq Deripaskaya məxsus yaxta Maldiv adalarına sığınmaq istəyir. Rusiyanın ən böyük sənaye qruplarından biri olan “Basic Element”in də yaradıcısı olan milyarder martın 10-da Böyük Britaniyanın sanksiya siyahısına daxil edilib. Lürssen tərəfindən inşa edilmiş, təxminən 238 fut uzunluğunda olan superyaxta 18 qonaq qəbul edə bilər.

Sergey Çemezov

İspaniyanın baş naziri Pedro Sançes verdiyi açıqlamada Barselonada dəyəri $140 mln. olan “Valerie” superyaxtasının müsadirə edildiyini bildirib. Sançes yaxtanın sahibini təsdiqləməyib, lakin Reuters-ə məlumat verən iki mənbə yaxtanın Putinin yaxın müttəfiqi olduğu deyilən Sergey Çemezova məxsus olduğunu təsdiqləyib. Rusiyanın “Rostec” müdafiə şirkətinin baş icraçı direktoru Çemezov martın 3-də ABŞ-ın sanksiyalar siyahısına əlavə edilib. Yaxtanın uzunluğu 279 futdur və 17 nəfəri qəbul edə bilir.

İngiltərə ilk dəfə superyaxta müsadirə etdi

İngiltərə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində ilk dəfə superyaxta müsadirə etdiyini açıqlayıb. İngiltərə hökumətindən verilən açıqlamada, paytaxt Londonun şərqindəki yeni maliyyə mərkəzi “Canary Wharf” limanında bağlanan və adı gizli saxlanılan bir rus oliqarxına aid olduğu bildirilən 58.5 metr uzunluğundakı “Phi” super yaxtasının müsadirə edildiyi bildirilib. Üzgüçülük hovuzu və çox böyük şərab zirzəmisi olan yaxtanın təxminən 38 mln. funt sterlinq dəyərində olduğu qeyd edilib.

Banker.az bu məqalədə Türkiyə mətbuatına istinad edir.

 

 

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər