6 C
Baku
Monday, December 16, 2024

Rus pulu sanksiyalara tab gətirmir: MB rublun rəsmi məzənnəsini daha da endirir

Rusiya Mərkəzi Bankı martın 10-da dolların məzənnəsini qaldırdı.

Banker.az xəbər verir ki, ölkədə 1 ABŞ dollarının məzənnəsi mərkəzi bank tərəfindən 10 mart tarixinə  105.81 rubldan 116.08 rubla qədər artırılıb.

Avrozonanın vahid valyutası isə 115.62 rubldan 126.44 rubla qədər artırılıb.

Qeyd edək ki, törəmə maliyyə alətləri üzrə bazarda USD/RUB cütlüyünün satış məzənnəsi 140 səviyyəsindən yuxarıdır, lakin yüksək volatillik fonunda ticarətə imkan verilmir.

Rusiya Mərkəzi Bankı valyuta əməliyyatlarına məhdudiyyətlər qoyub. Martın 9-undan sentyabrın 9-nadək banklar əhaliyə nağd pul satmayacaq. Vurğulanır ki, xarici valyutada əmanətlər hesabın hansı valyutada olmasından asılı olmayaraq ABŞ dolları ilə veriləcək.

“Müvəqqəti sərəncamın qüvvədə olduğu müddətdə banklar vətəndaşlara nağd pul satmayacaq. İstənilən vaxt və istənilən həcmdə nağd valyutanı rubla dəyişmək mümkün olacaq”, – mesajda bildirilir.

Bundan əvvəl Mərkəzi Bank rusların xaricə bank köçürmələrini ayda 5 min dollar ilə məhdudlaşdırıb. Tənzimləyicinin fikrincə, bu, valyuta bazarında artan volatillik şəraitində maliyyə sabitliyini təmin etmək üçün lazımdır.

Son xəbərlər
Digər xəbərlər