18 C
Baku
Çərşənbə, May 25, 2022

“Rusdilli əhali Rusiya ilə bağlı hər şeyə nifrət edir” – Zelenski

“Rusdilli əhali Rusiya ilə bağlı hər şeyə nifrət edir”.

Banker.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Türkiyə mətbuatına verdiyi müsahibədə deyib.

“Biz bir çox cəsəd gördük, əlləri bağlı, orqanları əskik, gözləri bağlanmış cəsədlər vardı. Çox qurbanlar verildi. Bu, gizlədə bilinməyəcək bir şeydir. Məlumatları gizlətmək olmayacaq. “Neonasistlər ediblər” dedilər. Nə deyirlərsə desinlər heç bir şəkildə etdiklərini haqlı və məntiqli göstərə bilməyəcəklər. Özlərini haqlı çıxara bilməzlər. Belə bir iddia ortaya atdılar ki, guya neonazilər var. Və deyirlər ki, burada ruslarla bağlı problemlər var. Həqiqət isə budur ki, Ukrayna torpaqlarında müharibə davam edir, kütləvi məzarlar ortaya çıxır. İkinci iddiaları budur ki, rusca danışan xalqı müdafiə edirlər. Bəs əslində bu bölgədə nələr baş verir? Burada mövcud vəziyyətə baxın. Burada çox sayda rusca danışan xalq var. Sivil ölümləri var. “Biz sizi qorumaq üçün Ukraynaya giririk” dedikləri insanları öldürüblər. İndi rusdilli əhali Rusiya ilə bağlı hər şeyə nifrət edir. Bir neçə il əvvəl ortaq tarixləri var idi. Arada sərhəd var idi. Bir çox insana görə, bu, dostyana, qardaşyana münasibət idi. Ancaq indi bundan söhbət belə gedə bilməz. Yüzlərlə insan öldürülüb, uşaqları öldürdülər, raketlərlə hücum elədilər” – deyə, Zelenski bildirib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər