9 C
Baku
Thursday, December 12, 2024

Rusiya 12 ölkə ilə vizasız rejim üzərində işləyir

Rusiya Fars körfəzi, Karib hövzəsi, Afrika və Cənubi Amerika ölkələri ilə vizasız rejimin açılması ilə bağlı danışıqlar aparır. Ümumilikdə, söhbət 12 ölkədən gedir, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Məlumata görə, Meksika, Malayziya, Baham adaları, Barbados, Haiti Respublikası, Trinidad və Tobaqo, Sent-Lüsiya, Bəhreyn, Küveyt, Oman, Səudiyyə Ərəbistanı və Zambiya ilə razılaşmalar hazırlanır.

Eyni zamanda, Rusiya vətəndaşlarının Honkonqda vizasız qalma müddətinin 14 gündən 30 günə qədər artırılması ilə bağlı danışıqlar gedir.

60-dan çox ölkənin vətəndaşları Rusiyaya vizasız daxil ola bilərlər.

Daha əvvəl “Henley & Partners” konsaltinq şirkəti Rusiyanı 2022-ci ildə vizasız səyahət imkanlarına görə dünyanın 49-cu ölkəsi kimi qiymətləndirmişdi.

Son xəbərlər
Digər xəbərlər