Rusiya Avropa İttifaqı ilə normal münasibətləri bərpa etməyə hazırdır lakin Brüsselə də eyni münasibəti göstərməlidir.
Bu barədə xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2021-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.
“Biz çox istəyirik ki, Avropa İttifaqı müstəqil rol oynasın. Həqiqətən də, Avropa İttifaqı ilə normal münasibətlərin olmasını istəyirik, bu münasibətləri biz məhv etməmişik, – deyə o bildirib.
O deyib ki, Avropa İttifaqı bu münasibətlərin yenidən qurulmasına nə dərəcədə hazır olduğuna özü qərar verməlidir.