10 C
Baku
Friday, December 13, 2024

Rusiya Almaniyaya xəbərdarlıq edib

“Leopard” tanklarının Ukraynaya təhvil verilməsi Rusiya Federasiyası ilə Almaniya arasında münasibətlərə yaxşı heç nə vəd etmir və istər-istəməz onların gələcək inkişafına təsir göstərəcək.

Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Bu cür tədarüklər münasibətlərin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Onlar, şübhəsiz ki, bu münasibətlərin gələcəyində qaçılmaz iz buraxacaqlar”, – deyə Putinin mətbuat katibi “Berlinin Kiyeva Leopard tanklarının tədarükünə icazə verəcəyi təqdirdə Rusiya-Almaniya münasibətlərinə hansı şəkildə təsir edəcək?” sualına cavabında vurğulayıb.

Peskovun sözlərinə görə, hazırda Rusiya Federasiyası ilə Almaniya arasında münasibətlər artıq kifayət qədər aşağı nöqtədədir. Kreml rəsmisi qeyd edib ki, Almaniya ilə, Avropa İttifaqının digər ölkələri və Şimali Atlantika Alyansı ilə heç bir substantiv dialoq müşahidə olunmur.

Qeyd edək ki, Berlində Almaniyanın müdafiə naziri Boris Pistorius ilə birgə mətbuat konfransında çıxış edən NATO-nun Baş katibi Yens Stoltenberq Almaniyanın “Leopard” tankları ilə bağlı qərarının tezliklə veriləcəyini açıqlayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər