Rusiya nümayəndə heyəti ATƏT Parlament Assambleyasının tərkibindən çıxmır.
Bunu Federasiya Şurasının Beynəlxalq Komitəsinin sədr müavini, Rusiyanın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Vladimir Cabarov söyləyib.
“Kimsə bizim ATƏT PA-dan çıxacağınmızı arzu edirsə, ciddi səhv edir. Çünki bu gün Rusiya ATƏT-in təsisçi ölkələrindən biridir”.
O, bu baxımdan Rusiyanın sonradan üzv olduğu Avropa Şurası Parlament Assambleyası ilə ATƏT PA arasında fərq qoyduğunu deyib.