“Ural Hava Yolları” martın 8-dən 26-dək Azərbaycana uçuşları dayandırıb.
Bu barədə bu gün operatorun Telegram kanalında məlumat verilib
Məlumatda deyilir ki, mövcud geosiyasi vəziyyətlə əlaqədar olaraq, “Ural Hava Yolları” 22.03.22-dən 26.03.22-dək Azərbaycana (Bakı, Gəncə, Lənkəran) uçuşları dayandırır”.
Martın 5-də şirkət Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Ermənistan, Azərbaycan və İsrailə uçuşların ləğv edildiyini açıqlayıb.
Daşıyıcının mətbuat xidmətinin çərşənbə axşamı TASS-a verdiyi məlumata görə, həmin vaxtdan Azərbaycana uçuşlar qısa müddətə bərpa edilib, lakin indi onlar yenidən ləğv edilməlidir.