20 C
Baku
Friday, May 3, 2024

Rusiya aviaşirkəti Bakıya uçuşların sayını artırır – Cədvəl

Rusiyanın “Utair” aviaşirkəti sentyabrda Samara və Sankt-Peterburqdan Bakıya uçuşların sayını artırır.

Bu barədə “Utair”in prezidenti Oleq Semenov deyib.

Onun sözlərinə görə, hazırda şirkət Qroznı, Moskva, Samara, Sankt-Peterburq, Surqut, Tümen və Ufadan Bakıya birbaşa uçuşlar həyata keçirir. Həmçinin “Utair” cədvəlində Gəncə və Naxçıvana da uçuşlar var.

“Biz görürük ki, Azərbaycana təkcə Moskvadan deyil, regionlardan da turist axını durmadan artır. Biz sərnişinlərin səyahətini daha da rahat etmək üçün yeni və əlavə reyslər tətbiq edirik”, – deyə Oleq Semenov qeyd edib.

Samara-Bakı və Sankt-Peterburq-Bakı üzrə uçuş cədvəli:

Marşrut Gün Gediş Dönüş
Samara-Bakı Cümə axşamı,

Cümə

Bazar

13:00 16:25
Sankt-Peterburq-Bakı Bazar ertəsi

Çərşənbə

Cümə axşamı

Cümə

10:15 16:40
MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər