-1 C
Baku
Sunday, December 15, 2024

Rusiya Azərbaycan vasitəsi ilə dəmir yolu daşımalarını 37 % artırıb

Bu ilin mart ayında Rusiyadan ixrac dəmir yolu daşımalarının strukturunda 4 ölkəyə taxta tədarükü kəskin artıb.

Banker.az xəbər verir ki, bu barədə meşə uçotu və meşə idarəçiliyi vəzifələrinin kompleks həllində ixtisaslaşan ümumrusiya təşkilatı “Roslesinforq” məlumat yayıb.

Martda bu sahədə ən çox artım Belarus (181 %), Türkiyə (163 %), Azərbaycan (37 %) və Misir (23 %) istiqamətlərində olub.

Hesabat dövründə Avropa sərhədlərinin keçməsi ilə əlaqəli olmayan, bütün istiqamətlərdə mişar ağacının daşınmasında artan tələbat müşahidə olunub. Məsələn, Rusiya-Çin və Rusiya-Qazaxıstan marşrutları üzrə taxta yüklərin daşınmasında iki dəfə artım olub.

Eyni zamanda, əgər əvvəllər Türkiyəyə tədarükün yarıdan çoxu (əsasən mişarlanmış taxta və faner) Sankt-Peterburq dəniz limanlarından (St. Şuşarı və Avtovoy) və Krasnodar diyarından (Novorossiysk və Yeysk limanları) keçirdisə, indi sanksiyalar səbəbi ilə yerli ağac daşıyıcıları əhəmiyyətli həcmdə beynəlxalq taxta tədarükü həyata keçirmək üçün diqqətlərini dəmir yolu dəhlizlərinə yönəldib. Yük Bakıya, oradan da Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsi ilə Bakı-Tbilisi-Qarsgedir.

Ötən il xaricə taxta yüklərin daşınmasının təqribən 65 %-ni dəmir yolu ilə həyata keçirilib. Eyni dövrdə 40 milyon tondan çox taxta daşınıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər