Yeni yanaşma bankdan borc götürmüş şəxsin qeyri-rəsmi gəlirini qiymətləndirməyə imkan verəcəkdir.
Rusiyanın böyük bankları borc götürmüş şəxslərin borc yükünü qiymətləndirməyin yeni yolunu müzakirə ediblər – kart ödənişləri üzrə xərclərin təhlil edilməsi. Müvafiq layihə “Equifax” bürosu tərəfindən hazırlanır. Bu haqda banklardakı iki mənbəyə istinadən RBC məlumat verib.
Altı bankın və “Equifax” mətbuat xidmətinin nümayəndələri bu məlumatı təsdiqləyiblər.