2 C
Baku
Sunday, December 15, 2024

Rusiya banklarının nağd valyuta satışına icazə verilib

Rusiyanın Mərkəzi Bankı aprelin 18-dən ölkədəki banklara nağd xarici valyuta satmaq imkanını bərpa edib.

TASS-ın verdiyi məlumata görə, banklar aprelin 9-dan etibarən maliyyə təşkilatlarının kassalarına daxil olan nağd valyutanı sentyabrın 9-dək vətəndaşlara sata biləcəklər.

Bundan əlavə, martın 9-dək xarici valyutada hesab və ya əmanət açmış və hesablarından nağd valyuta almaq üçün müəyyən edilmiş limiti hələ seçməmiş vətəndaşlara aprelin 11-dən dollardan başqa, avroda da vəsait almağa icazə verilib. Eyni zamanda, vətəndaşların hesablarından xarici valyutanın çıxarılmasının ümumi limiti 10 min ABŞ dolları səviyyəsində qalıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər